Nazirlər Kabineti bu şəhər və rayona giriş-çıxışın dayandırılması ilə bağlı qərar qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlər Kabineti bu şəhər və rayona giriş-çıxışın dayandırılması ilə bağlı qərar qəbul edib

21:31 - 14 / 10 / 2020
Nazirlər Kabineti bu şəhər və rayona giriş-çıxışın dayandırılması ilə bağlı qərar qəbul edib

Lənkəran rayonunun, Quba şəhərinin və Quba rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Nazirlər Kabineti tərəfindən Qərar qəbul edilib.

1news.az-ın məlumatına görə, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.

Bu Qərar 2020-ci il 15 oktyabr saat 00:00-dan qüvvəyə minir.

S.Xankişiyeva

 

Paylaş:
673

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər