Nazirlik son sutka ərzində korona virusa yoluxan şagird və işçi heyətinin sayını açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik son sutka ərzində korona virusa yoluxan şagird və işçi heyətinin sayını açıqladı

15:42 - 15 / 10 / 2020
Nazirlik son sutka ərzində korona virusa yoluxan şagird və işçi heyətinin sayını açıqladı

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 14, işçi sayı 2 olub.

Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 33, işçi heyətinin sayı 12 nəfər təşkil edib. 

Qafar Ağayev

Paylaş:
464

Son xəbərlər

Bütün xəbərlər