Ermənilər Füzulidə narkotik istehsal edirmişlər - FAKTLAR - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər Füzulidə narkotik istehsal edirmişlər - FAKTLAR - VİDEO

16:17 - 15 / 10 / 2020
Ermənilər Füzulidə narkotik istehsal edirmişlər - FAKTLAR - VİDEO

Azərbaycan Ordusunun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi geniş plantasiya və laboratoriya aşkarlanıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu fakt bir neçə maraqlı mətləbdən xəbər verir. Yada salaq ki, Cənub və Şərq istiqamətindən gələn narkotik maddələrin işğal altındakı ərazilərdən keçməklə Qərbə və Şimala daşınması haqqında kifayət qədər məlumatlar var. Amma bu fakt onu göstərir ki, Ermənistan nəzarətsiz torpaqlardan təkcə narkotranzit məkanı kimi istfadə etməyib. Orada, eyni zamanda, narkotika istehsalı da həyata keçirilirmiş.

Çox güman ki, burada narkotik maddələrin istehsalı təkcə satış məqsədilə həyata keçirilməyib. Böyük ehtimalla, nəzarətsiz torpaqlarımızda toplaşan başıpozuq dəstələrin üzvlərini oraya həm də narkotika cəlb edirmiş. Yəni, müxtəlif etnik qrupları və radikal ideologiyaları təmsil edən terrorçuları Qarabağa çəkib gətirən təkcə pul yox, həm də “narkotika cənnəti” haqda vədlər olub.

Əlbəttə ki, regionda olan erməni əsgərləri və cinayətkar qurumun səfərbərliyə aldığı şəxsləri zombiləşdirmək üçün də narkotika xeyli rahat yoldur. Qorxunu və təhlükə qavrayışını azaldır, “cəsarəti” artırır – aciz əsgərləri hücuma yollamaq üçün başqa nə lazımdır ki?!

Beləliklə, aydın olur ki, Ermənistan hökuməti əsgərinin beynini “formatlamaq” üçün təkcə saxta təbliğatdan yox, həm də daha kəsərli vasitələrdən istifadə edirmiş…

1news.az

Paylaş:
413

Son xəbərlər

MMF2024-ün ilk günü (online) uğurla yekunlaşdı!28 / 06 / 2024, 18:13DİM İlahiyyat Kollecinə qəbul olmaq istəyənlərə müraciət edib28 / 06 / 2024, 17:48Qısamüddətli geomaqnit qasırğası gözlənilir28 / 06 / 2024, 17:43Ceyms O’Brayn: Azərbaycan NATO sammitinə dəvət olunub28 / 06 / 2024, 17:41Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib28 / 06 / 2024, 17:38İKTA Elektromaqnit sahəsinin insan sağlamlığına potensial təsiri mövzusunda araşdırma aparıb28 / 06 / 2024, 17:31Ceyhun Bayramov O’Brayna Ermənistanın Konstitusiyasına dəyişiklik etməsinin vacibliyini çatdırıb28 / 06 / 2024, 17:30Ağdaşda Birinci Qarabağ müharibəsinin şəhidi Yasin Əbdürəhmanov dəfn edilib - FOTO28 / 06 / 2024, 17:08Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib28 / 06 / 2024, 16:58Bakının iki rayonunda işıq olmayacaq28 / 06 / 2024, 16:56Yasamalda 10 kiloqram narkotik dövriyyədən çıxarılıb28 / 06 / 2024, 16:48Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib28 / 06 / 2024, 16:31Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov dəfn edilib - FOTO28 / 06 / 2024, 16:30ADY platformalara keçid və qatarlara minik qaydalarını yeniləyir28 / 06 / 2024, 16:17Laçında daha 21 ailəyə evlərin açarları təqdim olunub - FOTO - YENİLƏNİB28 / 06 / 2024, 16:02Kapital Bank-ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı28 / 06 / 2024, 15:44Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlər28 / 06 / 2024, 15:37Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edib28 / 06 / 2024, 15:21Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərov dəfn edilib - YENİLƏNİB28 / 06 / 2024, 15:14Milli Məclis buraxıldı, növbədənkənar seçkilərin keçiriləcəyi vaxt bəlli oldu - SƏRƏNCAM28 / 06 / 2024, 15:08
Bütün xəbərlər