Koronavirus Azərbaycanda: 584 yeni yoluxan, 128 sağalan, 5 ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus Azərbaycanda: 584 yeni yoluxan, 128 sağalan, 5 ölən var

17:38 - 20 / 10 / 2020
Koronavirus Azərbaycanda: 584 yeni yoluxan, 128 sağalan, 5 ölən var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 45 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib, aktiv xəstə sayı 4 972 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar9 028, ötən müddət ərzində isə ümumilikdə 1 241 664 test aparılıb.

Qafar Ağayev

Paylaş:
319

Son xəbərlər

Bütün xəbərlər