Xəbərdarlıq: Paytaxt küçələri dezinfeksiya olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəbərdarlıq: Paytaxt küçələri dezinfeksiya olunacaq

09:47 - 23 / 10 / 2020
Xəbərdarlıq: Paytaxt küçələri dezinfeksiya olunacaq

Son günlərdə Covid-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 24 və 25-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Paytaxtın kommunal strukturlarından 1news.az-a verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Qafar Ağayev 

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər