Ermənistanda bir sutkada 2500-ə yaxın gündəlik yoluxma qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanda bir sutkada 2500-ə yaxın gündəlik yoluxma qeydə alınıb

12:06 - 23 / 10 / 2020
Ermənistanda bir sutkada 2500-ə yaxın gündəlik yoluxma qeydə alınıb

Ermənistanda koronavirusa yoluxanların sayı 73 310 nəfərə çatıb.

1news.az-ın Trend-ə istinadən erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 474 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 14 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 1 145 nəfər koronavirusdan ölüb, 21 560 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

1news.az

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər