İkinci Qarabağ müharibəsinin bir ayı tamam oldu - UĞURLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

İkinci Qarabağ müharibəsinin bir ayı tamam oldu - UĞURLAR

10:10 - 27 / 10 / 2020
İkinci Qarabağ müharibəsinin bir ayı tamam oldu - UĞURLAR

Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün əks-hücum əməliyyatlarına başlayıb.

Ötən bir ay ərzində ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, üç qəsəbəni, 150-dən artıq kəndi, eləcə də strateji yüksəklikləri düşməndən azad edib.

Prezident İlham Əliyev dünən xalqa müraciətində sentyabrın 27-dən başlayaraq bu günə qədər Ermənistanın məhv edilmiş və hərbi qənimət götürülmüş texnikasının bir hissəsinin siyahısını təqdim edib:

"53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib.

Piyadaların döyüş maşınlarının 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb, müxtəlif çaplı toplar - 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb.

Minaatan - 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, tank əleyhinə vasitə - 53-ü məhv edilib.

82 "Qrad" qurğusu, iki "Uraqan", iki YARS, bir TOS məhv edilib. Zenit raket kompleksləri - dörd ədəd "TOR", 40-a yaxın "OSA", dörd ədəd "KUB", bir ədəd KRUQ, iki ədəd "S-125" qurğusu məhv edilib.

Altı "S-300" məhv edilib, bir aşkaretmə stansiyası, bir lokator, əməliyyat taktiki raket kompleksləri - iki "Elbrus" məhv edilib, bir "Toçka-U" məhv edilib.

231 yük avtomobili məhv edilib, onlardan 20-si silah-sursatı ilə bir yerdə, 173 yük avtomobili isə hərbi qənimət kimi götürülüb, toplam düşmən 404 yük avtomobilindən məhrum edilib".

Uğursuzluğa düçar olan Ermənistanın baş naziri Nikol Paşinyan bir çox ölkələrin rəhbərlərinə zəng edərək, Azərbaycan Ordusunun dayandırılması üçün yalvarıb.

Bir ay ərzində əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün üç dəfə atəşkəs razılaşdırılsa da, hər dəfə Ermənistan silahlı bölmələri bu razılaşmaya əməl etməyib.

1news.az

Paylaş:
2016

Son xəbərlər

Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!Bu gün, 11:28İranda prezident seçkiləri keçirilirBu gün, 11:25Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 11:21“İsa bulağı” istirahət kompleksinin açılışı olubBu gün, 10:54İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilibBu gün, 10:44Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıbBu gün, 10:36Putindən Ərdoğanla bağlı tərif dolu sözlər: Onun siyasi iradəsi beynəlxalq sülhə töhfə verirBu gün, 10:29Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıbBu gün, 10:29Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıbBu gün, 10:18Avropada daha bir “bozqurd” salamı - FOTOBu gün, 09:56Azərbaycan Prezidenti Xankəndi Konqres Mərkəzinin təməlini qoyubBu gün, 09:55Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olubBu gün, 09:43Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olubBu gün, 09:35AMB iyulun 5-nə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:32İlham Əliyev Xocalı hava limanında olubBu gün, 09:18Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:11Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunurBu gün, 09:02Özbəkistan Prezidenti Azərbaycana gəlirBu gün, 08:50Viktor Orban Azərbaycana səfər edəcək04 / 07 / 2024, 17:45Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb04 / 07 / 2024, 17:40
Bütün xəbərlər