Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib - FOTO

10:32 - 28 / 10 / 2020
Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib - FOTO

Avstraliyada yaşayan Azərbaycan diasporunun nümayəndələri erməni təxribatına və işğalçı Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinin sıx məskunlaşdığı, cəbhə bölgəsindən uzaqda yerləşən, yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına etiraz olaraq aksiyalar keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, həmvətənlərimiz Gəncə şəhərinin dəfələrlə raket atəşinə tutulması nəticəsində mülki vətəndaşların, xüsusi ilə də azyaşlı uşaqların həlak olmasından dərin təəssüf hissi keçirdiklərini bildiriblər. İşğalçı Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində həlak olmuş körpələrin, dağıdılmış yaşayış məntəqələrinin görüntüsünü əks etdirən foto və videoçarxlardan ibarət xüsusi elektron slaydların yerləşdirildiyi yük maşınları Sidney və Brizben şəhərlərində dövrə vuraraq şəhər sakinlərinin diqqətini erməni vandalizminə cəlb etməyə çalışıb.

“Erməni işğalına son!”, “Azərbaycan ədalət tələb edir!”, “Biz terrora yox deyirik!”, “Qarabağ Azərbaycandır!”, “İşğalçı dövlətə dəstəyi dayandırın!” və s. şüarlar ilə yanaşı, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyi şəhər sakinlərinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, yük maşınları Sidneydə yaşayan ermənilərin etiraz aksiyası keçirdiyi gündə də şəhərin mərkəzi küçələrində dolaşıb, Ermənistan dövlətinin cinayətkar əməllərini yerli sakinlərin diqqətinə çatdırıb. Erməni icmasının nümayəndələri yük maşınlarının qarşısını kəsərək mane olmağa çalışsalar da, soydaşlarımız soyuqqanlı davranıb və heç bir insident qeydə alınmayıb.

Qafar Ağayev

Paylaş:
467

Son xəbərlər

Putindən Ərdoğanla bağlı tərif dolu sözlər: Onun siyasi iradəsi beynəlxalq sülhə töhfə verirBu gün, 10:29Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıbBu gün, 10:29Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıbBu gün, 10:18Avropada daha bir “bozqurd” salamı - FOTOBu gün, 09:56Azərbaycan Prezidenti Xankəndi Konqres Mərkəzinin təməlini qoyubBu gün, 09:55Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olubBu gün, 09:43Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olubBu gün, 09:35AMB iyulun 5-nə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:32İlham Əliyev Xocalı hava limanında olubBu gün, 09:18Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:11Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunurBu gün, 09:02Özbəkistan Prezidenti Azərbaycana gəlirBu gün, 08:50Viktor Orban Azərbaycana səfər edəcək04 / 07 / 2024, 17:45Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb04 / 07 / 2024, 17:40Azərbaycan Prezidenti ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib04 / 07 / 2024, 17:28Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB04 / 07 / 2024, 17:21Gəncədə qanunsuz tikinti işləri dayandırılıb04 / 07 / 2024, 17:18Heydər Əliyev Beynəlxalq Aeroportu ACI EUROPE 2024 İllik Konqresi və Baş Assambleyasında iştirak edir04 / 07 / 2024, 16:59Azərbaycan dili fənni üzrə keçirilən imtahananın nəticələri açıqlanıb04 / 07 / 2024, 16:41Qəzza zolağında ölən fələstinlilərin sayı 38 mini keçib04 / 07 / 2024, 16:39
Bütün xəbərlər