Çində dünyanın ən uzun dənizaltı dəmir yolu tuneli tikiləcək | 1news.az | Xəbərlər
Dünya

Çində dünyanın ən uzun dənizaltı dəmir yolu tuneli tikiləcək

17:10 - 05 / 11 / 2020
Çində dünyanın ən uzun dənizaltı dəmir yolu tuneli tikiləcək

Çinin şərqində yerləşən Çjetzyan əyalətinin İnkişaf və islahatlar komitəsi dünyanın ən uzun dənizaltı dəmir yolu tunelinin inşası layihəsini təsdiqləyib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Tzintan adasına qədər tikiləcək sualtı tunelin ümumi uzunluğu 16,2 km təşkil edəcək. Bu layihə Ninbo şəhərindən Şjouşan şəhərinə çəkiləcək dəmir yolunun (uzunluğu - 76,4 km, dəyəri - təxminən 4 mlrd. ABŞ dolları) tərkib hissəsidir.

1news.az

Paylaş:
670

Son xəbərlər

Bütün xəbərlər