Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib | 1news.az | Xəbərlər
Siyasət

Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib

20:40 - 05 / 11 / 2020
Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.

S.Xankişiyeva

 

Paylaş:
469

Son xəbərlər

Bütün xəbərlər