“Erməni diasporu qanunsuz yollarla terrorizmi maliyyələşdirir” - BMT üzvlərinə çağırış | 1news.az | Xəbərlər
Siyasət

“Erməni diasporu qanunsuz yollarla terrorizmi maliyyələşdirir” - BMT üzvlərinə çağırış

11:19 - 06 / 11 / 2020
“Erməni diasporu qanunsuz yollarla terrorizmi maliyyələşdirir” - BMT üzvlərinə çağırış

Döyüş meydanındakı böyük itkiləri kompensasiya etmək məqsədilə Ermənistan xarici ölkələrdə qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərən erməni diasporunu səfərbər edərək öz ordusuna maliyyə vəsaitləri cəlb edir ("We are our borders - All for Artsakh" donation campaign, Armenia Fund, Armenian General Benevolent Union, Armenian Canadian Medical Association of Ontario, Fund for Armenian Relief, Tufenkian Foundation, Armenian Relief Society və s.).

1news.az xəbər verir  ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, erməni diasporunun idarə etdiyi qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları xətti ilə əldə edilən maliyyə vəsaitləri Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən Ermənistan ordusunun maliyyələşdirilməsinə yönəlir və bununla da Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı növbəti hücumlara töhfə vermiş olur:

"Xaricdə yaşayan ermənilər arasında bu barədə sosial media və şəbəkələrdəki yazışmalar bunu sübut edir.

Bu ilk dəfə deyil ki, xaricdəki erməni diasporu qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatlarından sui-istifadə edərək əldə edilən vəsaitləri Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət və işğalın möhkəmləndirilməsi, eləcə də işğalçı ordu üçün silah sursatın alınması istiqamətində istifadə edir.

Son 30 ildə erməni diasporu bu istiqamətdə fəal iş aparmış və müvafiq xarici dövlətlərin vergi ödəyicilərini aldatmışlar.

Bu zaman Azərbaycanın işğal altındakı qondarma rejimə heç bir nəzarət mexanizmi olmadan qanunsuz vəsaitlər köçürülmüşdür ki, bu da terrorizmin maliyyələşdirilməsi deməkdir.

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə 1999-cu il Beynəlxalq Konvensiyanın, eləcə də BMT Təhlükəsizlik Şurasının 1373 (2001), 2178 (2014), 2195 (2014) and 2347 (2017) saylı qətnamələrinin müddəalarına görə qeyri-kommersiya təşkilatları tərəfindən yuxarıda göstərilən sahələr üzrə fəaliyyət terrorizmin maliyyələşməsi kimi qiymətləndirilir və dövlətlər bu kimi halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməlidir.

Bu xüsusda, Azərbaycan BMT üzv dövlətlərini öz ərazilərindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş erməni terrorizminin maliyyələşməsi məqsədilə istifadənin qarşısını almağa çağırır".

1news.az

Paylaş:
466

Son xəbərlər

Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36
Bütün xəbərlər