Azərbaycan ilə İran arasında münasibətlər dostluq və mehriban qonşuluq xarakteri daşıyır - Milli Məclis | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ilə İran arasında münasibətlər dostluq və mehriban qonşuluq xarakteri daşıyır - Milli Məclis

13:31 - 07 / 11 / 2020
Azərbaycan ilə İran arasında münasibətlər dostluq və mehriban qonşuluq xarakteri daşıyır - Milli Məclis

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər dostluq və mehriban qonşuluq xarakteri daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin qarşılıqlı səfərləri, çoxsaylı görüşləri, ölkələrimiz arasında imzalanmış və həyata keçirilməkdə olan ikitərəfli sənədlər bu münasibətlərin inkişafında mühüm rol oynayir. Eyni zamanda, iki ölkənin parlamentləri arasında da dostluq və əməkdaşlıq münasibətləri mövcuddur.

1news.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: “Biz Qarabağın işğaldan azad olunması üçün aparılan əks-hücum əməliyyatları dövründə İran İslam Respublikasının Ali rəhbəri cənab Əli Xameneyinin və İran rəsmilərinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, həmçinin İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı fikir və bəyanatlarını yüksək qiymətləndiririk.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 6 noyabr tarixli iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmovun İran və İranın Ali rəhbəri haqqında söylədiyi fikirləri qətiyyətlə pisləyir və bunların yalnız onun şəxsi fikirləri olduğunu vurğulayırıq.

Bəyan edirik ki, Azərbaycan Respublikasının yaxın səmimi münasibətlər saxladığı qonşu və dost ölkə və onun rəhbəri barəsində bu cür fikirlər tamamilə qəbuledilməzdir. Heç kəs xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə xələl gətirə bilməz”.

Qafar Ağayev 

Paylaş:
532

Son xəbərlər

Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36
Bütün xəbərlər