Prezidentin köməkçisi: Azərbaycanın işğaldan azad edilmiş torpaqlarındakı bütün kilsə və məscidlər bərpa ediləcək | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin köməkçisi: Azərbaycanın işğaldan azad edilmiş torpaqlarındakı bütün kilsə və məscidlər bərpa ediləcək

20:55 - 07 / 11 / 2020
Prezidentin köməkçisi: Azərbaycanın işğaldan azad edilmiş torpaqlarındakı bütün kilsə və məscidlər bərpa ediləcək

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarındakı bütün kilsə və məscidlər bərpa ediləcək.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

 “Qəbələ rayonunda XII əsrə aid Müqəddəs Məryəm Ana kilsəsi tam təmir olunub və Azərbaycanın xristian icmasının istifadəsinə verilib. Onun təmirini bir müddət əvvəl Heydər Əliyev Fondu başlamışdır. İşğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı bütün kilsələr və məscidlər bərpa ediləcək”.

S.Xankişiyeva

 

Paylaş:
482

Son xəbərlər

Bütün xəbərlər