Deputat: “Azərbaycan dünya siyasətinin gündəmini müəyyən edən edən ölkələrdən birinə çeviriliməkdədir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Azərbaycan dünya siyasətinin gündəmini müəyyən edən edən ölkələrdən birinə çeviriliməkdədir”

12:24 - 07 / 11 / 2020
Deputat: “Azərbaycan dünya siyasətinin gündəmini müəyyən edən edən ölkələrdən birinə çeviriliməkdədir”

“Azərbaycan hazırda ən aktual məslələrlə bağlı dünya siyasətinin gündəmini müəyyən edən edən ölkələrdən birinə çeviriliməkdədir” .

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, bu bir tərəfdən ölkəmizin beynəlxalq münasibətlər sistemində milli aktor kimi fəal davaranışları və nüfuzu ilə əlaqədardırsa başqa bir tərəfdən onun mötəbər beynəlxalq təçkilatlara rəhbərlik etməsi ilə bağlıdır .

“Artıq məlumdur ki, Azərbaycanın beynəlxalq təşkilatlara rəhbərlik etmək və bu müddət ərzində onalrın fəaliyyətini səmərəli  formada təmin etmək təcrübəsi var. Hələ 2011-2013-cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu təşkilata sədrlik edən zaman terrorizmə qarşı mübarizə , beynəlxalq hüququn aliliyinin təmin edilməsi,  və s. kimi bir sıra aktual məsələləri beynəlxalq gündəmə gətirə bilmişdi. Hazırda isə Azərbaycn BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına rəhbərlik edir və bu statusda artıq bir neçə vacib məslələri gündəmə gətirməklə qlobal problemlərin həlli istiqamətində təqdirəlayiq təşəbbüslərlə çıxış etməyi bacarıb. Hələ  4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına üzv  olan ölkələrin COVID19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı  Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmiş və təşəbbüs BMT üzv ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəklənmişdi. Hazırda isə  5 noyabr 2020-ci il tarixində BMT Baş Assampleyası öz plenar iclasında “Koronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul edib.Qətnaməyə əsasən, Azərbaycan Respubikasının Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunub, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixləridə keçirilməsi qərara alınıb.

“Burada əsas məslələrdən biri də odur ki, açılış mərasimində  BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlüksizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də çıxışı nəzərdə tutulur” – deyə, H.Babaoğlu fikirlərinə əlavə edib:

“Şübhəsizi ki , Azərbaycan Prezidenti öz  çıxışından pandemiyaya və ona qarşı mübarizə məsələri ilə yanaşı həm də  Azərabycan həqiqətləri , beynəlxalq hüquq və onun tələblərinin yerinə gətirilməsi , işğalçı ölkə olan Ermənistanın regionda təhlüksizliy təhdid edən terrorçu dövlət olması barədə də danışacaq və bunun ümumi rifaha və regional inteqrasiyaya , o cümlədən pandemiyaya qarşı mübarizədə birgə səylərə ciddi əngəllər törətdiyini bildirəcək. Bu isə indidən Ermənistanı rahatsız etməyə başlayıb. Dünyanın pandemiyadan əziyyət çəkdiyi bir vaxtda və beynəlxalq gündəmin ən mühüm məsələlərindən biri olan COVID-19 ilə mübarizəyə dair xüsusi sessiyanın çağırılması təşəbbüsünə qarşı ilk günlərdən etibarən qarşı çıxan Ermənistan sonuna kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışıb və qətnamənin açılış hissəsində QH sədrinin çıxışının qarşısını alan addımlar atmağa cəhd edib. Ancaq yenə də həmişəki kimi  Ermənistan beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşib və onun bu cəhdi də rədd edilib.Bu isə bir daha Azərbaycanın beynəlxalq nüfuzu və qlobal prosesləri idarəetmə bacarığı kimi qiymətləndirilməlidir”.

Qafar Ağayev

Paylaş:
456

Son xəbərlər

DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30
Bütün xəbərlər