Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI

10:14 - 08 / 11 / 2020
Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI

Noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd T-72 tankı, 2 ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb.

Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

1news.az

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər