Nazirlikdən XƏBƏRDARLIQ: Bu tətbiqləri dərhal silin

""VPN-dən əlavə mobil telefonlarınızda “Snapchat”, “Picsart”, “Tamable”, “Codesignalcom”, “Renderforest”, “Zangi Messenger”, “Sololearn”, “Zoomerang”, “Shadowmatic” tətbiqləri varsa, onları dərhal silin".
1news.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib.
"Çünki bu proqramlar fərdi məlumatlarınız üçün təhlükə mənbəyi hesab oluna bilər. Belə ki, düşmən tərəf bu proqramlar vasitəsilə fərdi məlumatlarınızı ələ keçirə və çirkin məqsədlər üçün istifadə edə bilər" - deyə, Günel Gözəlova fikirlərinə əlavə edib.
Qafar Ağayev
836