Rusiya sülhməramlıları Xankəndiyə daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya sülhməramlıları Xankəndiyə daxil olub

23:10 - 12 / 11 / 2020
Rusiya sülhməramlıları Xankəndiyə daxil olub

Rusiyanın 15-ci əlahiddə motoatıcı briqadasının sülhməramlı batalyonu Xankəndinə daxil olub.

1news.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu RF Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

“Bu gün, noyabrın 12-də Rusiya sülhməramlı kontingentinin ön xətt bölmələri Dağlıq Qarabağ ərazisində atəşin və hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmaya nəzarət etmək üçün tapşırıqlarının icrasına başlayıblar. Atəşkəs bütün təmas xəttində müşahidə olunur”, - Konaşenkov belə deyib.

O qeyd edib ki, Dağlıq Qarabağda və Laçın dəhlizindəki təmas xətti boyunca 10 müşahidə məntəqəsi yerləşdirilib. Onlardan dördü “Cənub” məsul zonasındadır.

1news.az

Paylaş:
486

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər