Ermənilərin təxribatı nəticəsində həlak olan mülki vətəndaşların sayı 95-də çatdı

Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 94 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb.
Bundan başqa, 512 mülki obyekt, 120 hündürmərtəbəli yaşayış binası və 3410 yaşayış evi yararsız hala düşüb.
Qafar Ağayev
425