BŞİH ağacın avtomobilin üzərinə aşması ilə bağlı məlumat yayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BŞİH ağacın avtomobilin üzərinə aşması ilə bağlı məlumat yayıb – FOTO

19:36 - 18 / 11 / 2020
BŞİH ağacın avtomobilin üzərinə aşması ilə bağlı məlumat yayıb – FOTO

Bu gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 1 ünvanındakı binanın qarşısında ağacın burada park edilmiş “Lada Granta” markalı avtomobilin üzərinə düşməsi ilə bağlı məlumat yayılıb.

1news.az-ın verdiyi xəbərə görə, məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əraziyə baxış keçirilib, güclü yağış nəticəsində deformasiyaya uğramış ağac ərazidən yığışdırılıb və ərazi təmizlənib.

Sınmış ağacın yerinə yeni şam ağacı əkilib.

S.Xankişiyeva

 

Paylaş:
755

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05
Bütün xəbərlər