“Ekoloji terror və onun fəsadları” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ekoloji terror və onun fəsadları” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO

18:08 - 19 / 11 / 2020
“Ekoloji terror və onun fəsadları” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO

Ekoloji terror əsasən münaqişə dövründə ətraf mühitin qəsdən və ya qanunsuz şəkildə məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur. Son 30 ildə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi hərəkətlər ekoloji terrordur.

Dağlıq Qarabağ və ətrafındakı 7 rayon rəsmi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində olmasına baxmayaraq, son 30 ildə Ermənistanın qanunsuz işğalı altında olub. İşğal nəticəsində təxminən 30 min insan həyatını itirmiş və 1 milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb. O vaxtdan bəri, Ermənistan təbiətə qarşı təcavüzkar davranışlarından da vaz keçməyib. Bununla da, bu ərazilərin ümumi təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan vurulub. Ekoloji çöküş hər keçən gün daha da dərinləşib. Bu terror bu gün də davam edir...

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Ekoloji terror və onun fəsadları” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları ETSN-in Ekoloji Müxtəliflik Xidmətinin rəhbəri Firuddin Əliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, “Ekostil-Azərbaycan” təbiəti mühafizə ictimai birliyinin sədri Elman Yusifov və “DAVAM” Ümumrespublika Gənclər Hərəkatının sədri Nihad Allahyarlı mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

S.Xankişiyeva

 

 

Paylaş:
677

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər