Binəqədidə ikimərtəbəli evdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə ikimərtəbəli evdə yanğın olub

09:34 - 23 / 11 / 2020
Binəqədidə ikimərtəbəli evdə yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 681 m² olan ikimərtəbəli mansarda tipli evin yanar konstruksiyaları 76 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, evə bitişik ümumi sahəsi 81 m² olan talvarın taxtadan ibarət tavanı qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az 

Paylaş:
459

Son xəbərlər

Bütün xəbərlər