“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib

17:08 - 30 / 11 / 2020
“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Bərdə” gəmi-bərəsinin təmiri başa çatıb.

Bu barədə 1news.az-a  ASCO-dan məlumat verilib. 

Təmir işləri zamanı gəmidə gövdə-qaynaq, boru-quraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı, sukeçirməyən qapılar təmir olunub. Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, lokomativ-avtovazlar sazlanıb.

Bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək iki qat rənglənib. Həmçinin, divan və stullar təmir olunaraq üzlənib.

Sınaq üzüşündən uğurla çıxan gəmi-bərə artıq istismara da qaytarılıb.

Gəminin uzunluğu 154,5 metr, eni 17 metr, maksimal sürəti 13,9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.

Qafar Ağayev

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər