Tovuzda yol qəzası - Piyada öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda yol qəzası - Piyada öldü

17:12 - 01 / 12 / 2020
Tovuzda yol qəzası - Piyada öldü

Tovuzda baş verən qəzada piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Tovuz rayonunun Aşağı Öysüzlü kəndi ərazisində kənd sakini Ə.Hüseynov idarə etdiyi “KrAZ” markalı avtomobillə yolu keçən həmkəndlisi Mehman Məmmədovu vurub. Piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilsə də və həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1news.az 

Paylaş:
505

Son xəbərlər

Bütün xəbərlər