Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin olunub

11:15 - 02 / 12 / 2020
Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin olunub

Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) kadr dəyişikliyi olub.

1news.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Vüqar Ələkbərov idarə rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.

Xatırladaq ki, bu vaxta qədər həmin vəzifəni general-mayor Teymur Hacıyev daşıyırdı. T.Hacıyev bir neçə gün öncə tutduğu vəzifədən azad edilərək Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qafar Ağayev 

Paylaş:
1788

Son xəbərlər

Bütün xəbərlər