Azərbaycanda daha 4189 nəfər koronavirusa yoluxdu - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 4189 nəfər koronavirusa yoluxdu - STATİSTİKA

15:34 - 03 / 12 / 2020
Azərbaycanda daha 4189 nəfər koronavirusa yoluxdu - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4189 yeni yoluxma faktı qeydə alınıb, 2072 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 133733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 81234 nəfər müalicə olunaraq sağalıb, 1510 nəfər vəfat edib, aktiv xəstə sayı 50989 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17609, ötən müddət ərzində isə ümumilikdə 1781218 test aparılıb.

Qafar Ağayev

Paylaş:
594

Son xəbərlər

Bütün xəbərlər