Vyetnamda çətin duruma düşən azərbaycanlılar Vətənə gətirildilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Vyetnamda çətin duruma düşən azərbaycanlılar Vətənə gətirildilər

12:03 - 04 / 12 / 2020
Vyetnamda çətin duruma düşən azərbaycanlılar Vətənə gətirildilər

COVID-19 pandemiyası səbəbindən çətin duruma düşmüş 2 nəfər azərbaycanlı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Vyetnam Sosialist Respublikasının Phu Quoç adasından Azərbaycana təxliyə olunub.

Komitədən bildiriblər ki, Azərbaycan Respublikasının vətandaşları Nurəddin Cavadov və Hüseyn Mehtizadənin Dövlət Komitəsinə ünvanladıqları müraciətdə bildirilib ki, restoran sahəsində çalışmaq üçün 2020-ci ilin fevralından Vyetnamın Phu Quoç adasında məskunlaşsalar da, COVID-19 pandemiyası səbəbindən bütün planları pozulub və maddi baxımdan çətin duruma düşüblər.

Məsələyə çevik reaksiya verən Dövlət Komitəsi soydaşlarımızla və Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyi ilə əlaqə saxlayaraq vətəndaşlarımızın ölkəmizə təxliyyəsi üçün mümkün aspektləri müzakirə edib.

Pandemiya səbəbindən yaranmış çətinlikləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımıza maddi yardımın göstərilməsi üçün müvafiq vəsaiti Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyinin hesabına köçürüb və təxliyyə prosesi həyata keçirilib.

Artıq, hər iki vətəndaşımız - Nurəddin Cavadov və Hüseyn Mehtizadə Azərbaycana qayıdaraq ailələrinə qovuşublar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızın hər bir müraciətinə həssas və diqqətlə yanaşır, mümkün dəstəyi göstərir.

1news.az

Paylaş:
458

Son xəbərlər

Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaqBu gün, 17:34Avropa Parlamentinin deputatı Şuşada olubBu gün, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edibBu gün, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıbBu gün, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaqBu gün, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilibBu gün, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılırBu gün, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edirBu gün, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşübBu gün, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıbBu gün, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilibBu gün, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!Bu gün, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaqBu gün, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilirBu gün, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilibBu gün, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43“Xan arxı” suvarma kanalı tullantılardan təmizlənibBu gün, 12:27Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:21
Bütün xəbərlər