Başqalarına verilməsi mümkün olmayan 10 əşya | 1news.az | Xəbərlər
Cəmiyyət

Başqalarına verilməsi mümkün olmayan 10 əşya

17:46 - 05 / 12 / 2020
Başqalarına verilməsi mümkün olmayan 10 əşya

Yəqin sizin də evdə artıq əşyalarınız var, hansı ki, atmağa heyfiniz gəlir. Siz o əşyaları ehtiyacı olan tanışınıza və ya qohumunuza verirsiniz. Burada pis heç nə yoxdur, əksinə siz xeyixah bir iş görürsünüz.

Amma 10 əşya vardır ki, onları heç kimə vermək olmaz. Çünki həmin əşyaları verməklə siz, nəinki həmin adama yaxşılıq edirsiniz, hətta ona ziyanınız da toxuna bilər. Siz ona elə xəstəlikləri yoluxdura bilərsiniz ki, onun sağalması uzun illər vaxt apara bilər. Bəs bu əşyalar hansılardır?

1. Diş şotkası - Sizin diş şotkanız sizin üçün zərərli sayılmaya bilər, amma o başqasını ağız boşluğuna stafiokokk və ya başqa infeksiyaların düşməsinə cəbəb olar. Çünki diş yuyulduqdan sonra şotkanın yuyulmasına baxmayaraq onda bir çox bakteriyalar inkişaf edir. Siz öz orqanizminizdəki infeksiyaları başqasına ötürə biərsiniz.

2. Əl-üz dəsmalı - Vanna otağından asılan dəsmalda çoxlu miqdarda bakteriyalar, göbələklər və mikroblar olur. Bunun səbəbi əlinizi sildikdən sonra dəsmalın nəm yerdə qalmasıdır.

3. Dodaq pomadası - Pomada sizdə olan xəstəlikləri asanlıqla başqasına yoluxdura bilər. Əgər sizdə herpes virusu varsa, o az bir zamanda pomadanızı verdiyiniz adama yoluxa bilər.

4. Diş pastası - Diş pastası, diş şotkası qədər təhlükəli deyil, amma əgər pastanı sıxan zaman tubikin ağzı şotkaya dəyibsə, onda mikroblar barədə düşünməyə dəyər.

5. Dezodorant - Qoltuq altına sürtdüyünüz antiperesperantınız qoltuğunuzun altındakı mikrobları asanlıqla başqasına daşıya bilər. Diyircəkli dezodorantlar qolun altını tərləməyə qoymasa da, mikrobları özündə saxlamaq qabiliyyətinə malikdir.

6. Pinset - pinset sizin tük diblərinizdə olan infeksion xəstəlikləri başqasına keçirə bilər.  Düzdür, bu nadir hallarda baş verir, amma mümkün ola bilər.

7. Ülgüc - Ülgücdən istifadə zamanı üzdəki tüklərlə birgə ölmüş dəri toxumaları da təmizlənir. Əgər sizdə hepatit və ya İİV varsa o digərinə asanlıqla yoluxa bilər.

8. Dırnaqtutan - Dırnaqlarda göbələk xəstəliyi varsa, rahatca digər istifadəçiyə keçir.

9. Sabun - Sabun vasitəsilə əldəki virus və göbələk xəstəliklərinin digər istifadəçiyə keçməsi mümkündür.

10. Qulaqcıqlar - musiqiyə qulaq asmaq üçün istifadə etdiyiniz qulaqcıqları başqasına verməyin. Siz bununla stafilokokk, streptokokk və göbələk infeksiyalarının yayılmasına səbəb olursunuz.

1news.az

Paylaş:
558

Son xəbərlər

Sabah bəzi yerlərdə su kəsiləcək13 / 05 / 2024, 17:59Yunanıstanın Baş naziri Ərdoğanla görüşüb - YENİLƏNİB13 / 05 / 2024, 17:44MAXE olmaq istəyəyin NƏZƏRİNƏ13 / 05 / 2024, 17:26Dövlət mülkiyyətində olan mənzilləri qanunsuz istifadəyə verən vəzifəli şəxslərlə bağlı istintaq yekunlaşıb13 / 05 / 2024, 17:03Coratda 10 aylıq körpə ölüb13 / 05 / 2024, 16:54Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB13 / 05 / 2024, 16:45İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxslər həbs olunub13 / 05 / 2024, 16:35Hərbi xidmətə çağırışla bağlı pozuntulara yol verən şəxslərin cinayət işləri məhkəməyə göndərilib13 / 05 / 2024, 16:33Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb - FOTO13 / 05 / 2024, 16:20MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşib13 / 05 / 2024, 16:00Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub13 / 05 / 2024, 15:40Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 15:39Milli Məclis sədri Asiya Qadınlar Forumunda Böyük Qayıdış və COP29 barədə məlumat verib13 / 05 / 2024, 15:27İmişlidə yanğın olub - VİDEO13 / 05 / 2024, 15:15Prezident: Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcək13 / 05 / 2024, 14:54Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunub13 / 05 / 2024, 14:47Qeyri-yaşayış obyektinin qarşısında ağaclar kəsilib13 / 05 / 2024, 14:32İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 14:17İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİB13 / 05 / 2024, 14:16Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb – YENİLƏNİB13 / 05 / 2024, 13:56
Bütün xəbərlər