Koronavirus xəstəsi olan ata və oğul aptekdə saxlanıldı - Cinayət işi açıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus xəstəsi olan ata və oğul aptekdə saxlanıldı - Cinayət işi açıldı

13:41 - 07 / 12 / 2020
Koronavirus xəstəsi olan ata və oğul aptekdə saxlanıldı - Cinayət işi açıldı

COVİD-19 virusunun daşıyıcısı olan ata və oğul karantin qaydalarını kobud şəkildə pozaraq yaşadıqları ünvanı tərk ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan 1news.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstələri, rayonun Hacıhüseynli kənd sakinləri Kamal Abdurahmanov və oğlu Seymur Abdurahmanov saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan ata və oğul karantin qaydalarını kobud şəkildə pozaraq yaşadıqları ünvanı tərk ediblər. Onların yaşadıqları evi tərk edərək aptekə getməsi isə kameralar tərəfindən lentə alınıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə K.Abdurahmanov və S.Abdurahmanov yaşadıqları evə qaytarılıblar.

Hər iki şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsinə uyğun olaraq araşdırmalar aparılır.

Qafar Ağayev 

Paylaş:
446

Son xəbərlər

Bütün xəbərlər