Şəhid anası onlara verilən 11 min manatı Orduya bağışladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid anası onlara verilən 11 min manatı Orduya bağışladı

13:49 - 07 / 12 / 2020
Şəhid anası onlara verilən 11 min manatı Orduya bağışladı

İkinci Qarabağ müharibəsində Füzulinin azad olunması istiqamətində döyüşlərdə şəhid olan Kürdəmir rayonunun stansiya Karrar qəsəbəsinin sakini Məlik Zülfüqarovun anası şəhid ailəsinə dövlət tərəfindən ayrılan birdəfəlik sığorthaqqını Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

1news.az xəbər verir ki, Yeganə Ədilova 11 min manat məbləğində birdəfəlik yardımın Vətənimizin keşiyində duran əsgər və zabitlərə xərclənməsini daha düzgün hesab edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün dövlət başçısına da təşəkkür edib. 

Evin tək oğlu olan Məlik Vətən Müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşüb. Torpaqlarımızı azad etmək uğrunda qəhrəmanlıqla şəhid olub.

19 yaşlı şəhidimiz 21 oktyabrda doğulduğu qəsəbədə torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Qafar Ağayev 

Paylaş:
945

Son xəbərlər

Bütün xəbərlər