Yaşayış yerini tərk edən daha 14 nəfər koronavirus xəstəsi saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşayış yerini tərk edən daha 14 nəfər koronavirus xəstəsi saxlanılıb

11:50 - 07 / 12 / 2020
Yaşayış yerini tərk edən daha 14 nəfər koronavirus xəstəsi saxlanılıb

Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən şənbə və bazar günləri 14 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, onlardan 13 nəfərinin evlərinə qayıtmaları təmin edilib, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Onların 10-u barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

1news.az

Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər