Bu tarixdən SMS-icazə sistemi tətbiq olunur - Operativ Qərargah | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu tarixdən SMS-icazə sistemi tətbiq olunur - Operativ Qərargah

14:49 - 08 / 12 / 2020
Bu tarixdən SMS-icazə sistemi tətbiq olunur - Operativ Qərargah

Ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılır. 14 dekabr saat 00:00-dan SMS-icazə sistemi tətbiq olunur.

Operativ Qərargahdan verilən məlumata görə, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə ilə icazə verilir.

SMS-icazə sistemi aşağıdakı hallarda tətbiq edilir:

- təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

- ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).

Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün isə hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.

1news.az

Paylaş:
518

Son xəbərlər

Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayırBu gün, 16:32Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQBu gün, 16:22Aytən Səfərova düşdüyü qəzadan danışdı: “O kadrları istərdim, siz də görəsiniz, amma...” - VİDEOBu gün, 16:14Sabahdan etibarən “Təmiz hava” aylığına start verilirBu gün, 16:00Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilibBu gün, 15:58KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaqBu gün, 15:55Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 15:38Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunubBu gün, 15:30Şeyxülislam Allahşükür Paşazadə “KAICIID 2024” Qlobal Forumunda iştirak edəcəkBu gün, 15:26BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTOBu gün, 15:13Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdürBu gün, 15:09Sevinc Fətəliyeva: Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıbBu gün, 15:03QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTOBu gün, 14:51Göyçayda çaya tökülən tullantıların toplanması ilə bağlı hansı işlər görülür? - Rəsmi cavabBu gün, 14:45Balakəndə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 14:35İlham Əliyev: Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyibBu gün, 14:11İcma ATƏT-i Ermənistandan qovulmuş azəraycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıbBu gün, 14:04Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib - YENİLƏNİBBu gün, 13:56Bakıda həbsdə olan Qukasyan haqda yeni qərarBu gün, 13:47Köç karvanı Şuşaya çatıb - YENİLƏNİBBu gün, 13:42
Bütün xəbərlər