8 noyabrda kapitan oldu, 9 noyabrda şəhid - VİDEO - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

8 noyabrda kapitan oldu, 9 noyabrda şəhid - VİDEO - FOTO

16:03 - 09 / 12 / 2020
8 noyabrda kapitan oldu, 9 noyabrda şəhid - VİDEO - FOTO

Türkiyədə ali təhsili alan zabit Samir Mikayıllı İkinci Qarabağ Müharibəsibdə igidlik göstərib və şəhid olub.

1news.az bildirir ki, ARB Xəbər-də şəhidlə bağlı geniş süjet yayımlanıb.

Şəhidin yaxını: "O, vaxtlar torpaqlarımız əldən gedəndə anadan olan oğullar, qisasımızı aldılar. Öz qanları bahasına torpaqlarımız azad olub, öz əzəli sahiblərinə qaytarıldı. Torpaq belə götürəndə uczus, bucaqsız bir məkandır. Ancaq, bu torpağa Samir kimi oğulların qanları töküləndə və bu torpaq o şəhid qanlarıyla yoğrulanda Vətən adını alır".

Nümunəvi xidmətilə hər kəsə örnək olacaq kapitan Samir Mikayıllı Ağcabədinin Salmanbəyli kəndində anadan olub. Samir 8-ci sinifi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Liseyi başa vurduqdan sonra Heydər Əliyev adına Ali Hərbi Komandirlər məktəbində daxil olub. Elə həmin il də Müdafiə Nazirliyinin seçim prosesindən keçərək Türkiyədə quru qoşunlarının ali hərbi məktəbində təhsilini davam etdirib.

Sabir Sultanov - Şəhidin atası: "Aldığım məlumata görə, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Nəhayət 8 noyabr Şuşa şəhərinin alınmasında iştirak edir. Orada göstərdiyi igidliyə görə həmin gün 8 noyabrda kapitan rütbəsi vaxtından əvvəl verilir. 9 noyabrda minamyot qəlpə yarasından, qanaxmadan şəhid olur".

Birinci Qarabağ müharibəsinin iştirakçıları deyir ki, Samir və onun kimi digər vətən övladlarının hesabına bu gün başımız ucadır. Birinci Qarabağ döyüşlərində yaralanan bəzi keçmiş döyüşçülər bugünə qədər özlərini qazi hesab etməyiblər. Lakin İkinci Qarabağ Savaşında torpaqlarımız işğaldan azad edildikdən sonra özlərinə artıq həqiqi qazi deyə bilirlər.

Rəfael Cəfərov - Qarabağ qazisi: "1993-dən bəri olan tədbirlərdə, Qarabağ qazisi kimi bizləri təqdim eləmələrinə baxmayaraq, biz qaziliyi boynumuza götürmədik. Amma, Şuşa alınan gün gözümdə yaşlarla ortalığa çıxdım, bağıra-bağıra dedim ki, ay camaat bu gün mən qazi oldum. Mən Şuşa alınan gündən qazi oldum. Artıq o gündən özümü qazi saymağa başladım. Bu sevinci, bu səadəti bizə yaşadan, Samir kimi qardaşlarımızdır. Mən ona görə də şəxsən öz adımdan, öz yanımdan Samir qardaşımızın və bütün şəhidlərimizin ruhu qarşısıdan baş əyirəm".

Samir Mikayıllı kapitan rütbəsi aldıqdan cəmi bir neçə saat sonra şəhadətə qovuşur. Amma o, uzun illər yaddaşlardan silinməyəcək və örnək olacaq iz buraxıb.

1news.az

Paylaş:
616

Son xəbərlər

Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldıBu gün, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətiribBu gün, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaqBu gün, 17:34Avropa Parlamentinin deputatı Şuşada olubBu gün, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edibBu gün, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıbBu gün, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaqBu gün, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilibBu gün, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılırBu gün, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edirBu gün, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşübBu gün, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıbBu gün, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilibBu gün, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!Bu gün, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaqBu gün, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilirBu gün, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilibBu gün, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43
Bütün xəbərlər