Şəhid ailəsi 10 min manatlıq müavinəti fonda bağışladı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid ailəsi 10 min manatlıq müavinəti fonda bağışladı - VİDEO

10:48 - 10 / 12 / 2020
Şəhid ailəsi 10 min manatlıq müavinəti fonda bağışladı - VİDEO

Hər kəs şəhid anasının dövlətin onlara ayırdığı şəhidliyə görə müavinəti, Silahlı Qüvvələrimizin Yardım Fondunun hesabına ianə etməsindən danışır. Şəhid, Məlik Zülfüqarovun ailəsi onlara verilən 10 min manatı Silahlı Qüvvələrin hesabına bağışlayıb.

1news.az bildirir ki, ARB TV-nin Xəbərlər komandası bununla bağlı ətraflı sujet hazırlayıb.

Yeganə Əbdülova (Şəhidin anası): "Bir gün oğlum mənə zəng elədi ki, ana, döyüşə gedirik, daha məni axtarma. Dedim oğul, sən ki, Vətən uğrunda müharibədə iştirak edirsənsə sağ-salamat get, sağ-salamat da qayıt".

Döyüş əsnasında Məlik ağır yaralanır və şəhid olur. Ən uca zirvəyə yüksəlir. Dövlətimizin şəhidliyə görə ayırdığı müavinətdən imtina edən Məlikin anası vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayır. Deyir ki, əgər torpaqlarımız yolunda oğlumu itirdimsə, onun adına gələn pul da dövlətimizə, ordumuza getməlidir.

44 günlük Vətən müharibəsində Məlik və onun kimi canından keçən oğullarımız sayəsində 30 illik həsrətimizə son qoyduq. Şəhidlərimizin qanı bahasına əbədi müstəqillik və suverenliyimizə imza atdıq. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

1news.az

Paylaş:
528

Son xəbərlər

Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:27Ənənəvi “Prado” indi Land Cruiser 250 adı ilə daha aqressiv!Bu gün, 09:16Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıbBu gün, 08:55Paytaxtın bəzi yollarında tıxac var - SİYAHIBu gün, 08:51Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdü14 / 05 / 2024, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib14 / 05 / 2024, 17:35Naxçıvanda intensiv yağışlar fəsadlar törədib - VİDEO14 / 05 / 2024, 17:27Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub14 / 05 / 2024, 17:14Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat bu tarixdə başa çatacaq14 / 05 / 2024, 17:11Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edib14 / 05 / 2024, 17:07Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayır14 / 05 / 2024, 16:32Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ14 / 05 / 2024, 16:22Aytən Səfərova düşdüyü qəzadan danışdı: “O kadrları istərdim, siz də görəsiniz, amma...” - VİDEO14 / 05 / 2024, 16:14Sabahdan etibarən “Təmiz hava” aylığına start verilir14 / 05 / 2024, 16:00Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib14 / 05 / 2024, 15:58KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq14 / 05 / 2024, 15:55Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİB14 / 05 / 2024, 15:38Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunub14 / 05 / 2024, 15:30Şeyxülislam Allahşükür Paşazadə “KAICIID 2024” Qlobal Forumunda iştirak edəcək14 / 05 / 2024, 15:26BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTO14 / 05 / 2024, 15:13
Bütün xəbərlər