Ağdaşda karantin qaydalarını pozan çay evi aşkar olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda karantin qaydalarını pozan çay evi aşkar olunub

15:04 - 14 / 12 / 2020
Ağdaşda karantin qaydalarını pozan çay evi aşkar olunub

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı şəhər ərazisində yerləşən “Xan” çay evinin xüsusi karantin rejimi qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərdiyi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, çay evini icarə əsasında işlədən Fərid Nəbizadə Polis Şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

1news.az

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər