Bu ailələrə 6000 manat veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ailələrə 6000 manat veriləcək

15:29 - 14 / 12 / 2020
Bu ailələrə 6000 manat veriləcək

Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az xəbər verir ki, Sərəncama əsasən, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində yardım ediləcək.

Qafar Ağayev

Paylaş:
1885

Son xəbərlər

Bütün xəbərlər