Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin oldu

17:25 - 14 / 12 / 2020
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin oldu

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev vəzifəsindən azad edilib.

1news.az-ın məlumatına görə, o, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Nazirin digər əmri ilə Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunub.

Qeyd edək ki, Mehriban Vəliyeva Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışırdı.

Qafar Ağayev

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər