LU-MUN Holding uşaq evlərinə elm işığı gətirir - FOTO

Uşaqlar bizim gələcəyimizdir və bu gələcəyin necə olacağını bugün birlikdə müəyyənləşdiririk.
LU-MUN Holding inanır ki, cəmiyyətin ahəngdar və tarazlı inkişafı üçün sosial və iqtisadi vəziyyətindən asılı olmayaraq, hər bir uşağın ən yaxşı təhsil almaq imkanı olmalıdır.
Bütün uşaqlar üçün bərabər imkanlar yaratmaq vacibdir. COVID-19 pandemiyası şəraitində Azərbaycanın bölgələrindəki uşaq evi sakinlərinin tədris prosesi son dərəcə problemli hala gəldi. Lakin, informasiya texnologiyaları əsrində məsafədən təhsil texnologiyaları və xüsusi olaraq yaradılmış təhsil proqramlarını birləşdirərək bu problemi həll etmək mümkün oldu. Avqust ayında əsas məqsədi sosial cəhətdən həssas qruplardan olan uşaqlar və gənclərin təhsilinin keyfiyyətini artırmaq olan “Uşaqlar üçün Onlayn Təhsil” layihəsinə başladıq. İlkin mərhələdə bölgələrimizdə yerləşən uşaq evləri və sığınacaqlarda yaşayan 6-16 yaş qruplarını cəlb etməyə çalışırıq.
2020-ci ilin avqust ayından etibarən Bakı, Gəncə, Ucar, Şəki, Neftçala rayonlarında yerləşən 9 qurumun şagirdləri interaktiv dil dərsləri (rus, ingilis və alman), nitq mədəniyyəti, multikulturalizm və xalq nağıllarının analitik təhlilini özündə cəmləşdirən xüsusi hazırlanmış bir proqram üzrə təlim keçirlər. Azyaşlıların marağını cəlb etmək üçün, proqrama şagirdlərin konsentrasiyasına, tənəffüsün düzgün tənzimləməsinə və zehinlərini materialı qəbul etməyə hazırlamalarına kömək edən yoga, bədən tərbiyəsi və meditasiya dərslərini də daxil etdik. Dərslər video-konfrans formatında aparılır.
Xüsusi uyğunlaşdırılmış təhsil proqramını yaratmaqda bizə könüllülər kömək edirlər. Layihəyə dəstək verən ilk təhsil müəssisəsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) oldu. “Sosial Elmlər” kafedrasının 15 müəllimi 150-dən çox tələbəyə dərs verərək layihədə fəal iştirak edirlər. Tələbə və müəllimləri məsafələr ayırır, lakin buna baxmayaraq, tələbələr bu cür fəaliyyətlərə tam sədaqətlə və çox böyük maraqla yanaşırlar.
Millətimiz böyük bir tarixi anı yaşayaraq Qarabağ müharibəsində qələbə qazandı. Ümid edirik ki, "Uşaqlar üçün Onlayn Təhsil" layihəsi uşaqların sosiallaşmasına, peşə qazanmasına, həyatlarını qurmasına və işğalından azad edilmiş Qarabağ torpaqlarını dirçəldilməsində iştirak edərək öz töhfəsini verəcək.
Gələcəkdə layihəmizi yeni təlim proqramları - ilk növbədə əmək bazarında tələb olunan peşələrlə tanış olmaq üçün praktik təlimlər gözləyir.
LU-MUN Holding-in missiyası – insanların həyat keyfiyyətini artırmaq və təbiət ilə vəhdət şəklində milli sərvətləri formalaşdırmaq və dirçəltməkdir. Ölkəmizin hər bir sakininin qabiliyyət və bacarıqlarının inkişafına, təhsil almasına kömək etmək istəyən, yaradıb-yaşatmaq arzusu ilə xeyirxahlıq edənləri komandamızda görməkdən məmnun qalarıq. Korporativ Sosial Məsuliyyətin (KSM) nəzdində yeni layihələr hazırlayaraq cəmiyyətin inkişafına və Azərbaycanda həyat keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir göstərə biləcəyimizə inanırıq.
Bu təşəbbüsə könüllü və ya partyor kimi qoşulmaq istəyirsinizsə, http://csr.lmh.az/ internet səhifəsinə daxil ola və ya [email protected] elektron ünvanına yaza bilərsiniz.

















Reklam hüququnda