Füzuliyə komendant təyin olunub, təhlükəsizlik tədbirləri gücləndirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzuliyə komendant təyin olunub, təhlükəsizlik tədbirləri gücləndirilir - FOTO

15:22 - 16 / 12 / 2020
Füzuliyə komendant təyin olunub, təhlükəsizlik tədbirləri gücləndirilir - FOTO

Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Füzuli rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, müvafiq əmrə əsasən Füzuli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Xəqani Məmmədov rayonun komendantı təyin edilib.

Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun giriş-çıxışında, o cümlədən rayon daxilində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.

Qafar Ağayev

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər