ABŞ-ın Florida ştatında Azərbaycan məktəbi fəaliyyətə başlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-ın Florida ştatında Azərbaycan məktəbi fəaliyyətə başlayıb - FOTO

15:50 - 16 / 12 / 2020
ABŞ-ın Florida ştatında Azərbaycan məktəbi fəaliyyətə başlayıb - FOTO

ABŞ-ın Florida ştatında həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan–Amerika Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Vətən" adlı həftəsonu Azərbaycan məktəbi təsis edilib.

Məqsəd Azərbaycan dilinin təbliği, xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərə doğma dilimizin, mədəniyyətimizin və tariximizin öyrədilməsidir.

Pandemiya ilə bağlı mövcud tələblərə uyğun olaraq, məktəbin təntənəli açılış mərasimi virtual formatda baş tutub. Artıq Azərbaycan dili dərslərinin onlayn tədrisi başlayıb. Dərslər xüsusi hazırlanmış proqram üzrə peşəkar təlimçilər tərəfindən aparılır.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərslərdə, ilk olaraq, uşaqlara Azərbaycan əlifbası öyrədilir.

Qafar Ağayev

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər