Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını keçdi

14:50 - 17 / 12 / 2020
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4124 yeni yoluxma faktı qeydə alınıb, 4205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 191 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 426, ötən müddət ərzində isə ümumilikdə 2 016 003 test aparılıb.

1news.az

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər