Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik edildi

12:14 - 18 / 12 / 2020
Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik edildi

27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təqvimə salınacaq.

1news.az-ın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə yeni maddə (106-1.) əlavə edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - Azərbaycan Respublikasında Anım Günüdür.

Məsələ Milli Məclisdə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.

1news.az

Paylaş:
387

Son xəbərlər

Bütün xəbərlər