Nazirlik rezidenturanı bitirənlərin təyinat vaxtı ilə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik rezidenturanı bitirənlərin təyinat vaxtı ilə bağlı məlumat yayıb

09:57 - 22 / 12 / 2020
Nazirlik rezidenturanı bitirənlərin təyinat vaxtı ilə bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi rezidenturanı bitirən şəxslərin təyinat vaxtı ilə bağlı məlumat yayıb.

Nazirlikdən 1news.az-a verilən məlumatda bildirilir ki, noyabr ayında imtahan verib rezidenturanı bitirənlər üçün dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib. Pandemiya ilə əlaqədar təyinatın yanvar ayında keçirilməsi planlaşdırılır.

Bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında öncədən məlumat veriləcək.

Qafar Ağayev 

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər