Xocalı soyqırımına görə heç vaxt doğum gününü qeyd etməyən şəhid Məzdək Eyvazlı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalı soyqırımına görə heç vaxt doğum gününü qeyd etməyən şəhid Məzdək Eyvazlı - VİDEO

13:12 - 22 / 12 / 2020
Xocalı soyqırımına görə heç vaxt doğum gününü qeyd etməyən şəhid Məzdək Eyvazlı - VİDEO

Şəhid dayısının uğrunda canından keçdiyi torpaqları azad etmək üçün könüllü yollandı cəbhəyə Məzdək. Gülə -gülə getdiyi o torpaqlarda döyüşərək şəhid oldu.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, 44 günlük Vətən müharibəsinin ən ağır döyüşlərinin getdiyi Füzuli torpaqlarında şəhidlik zirvəsinə yüksələn Məzdək Eyvazlının cəbhəyə gedəndə bir amalı vardı: şəhid dayısı İsfəndiyar Əsədovun qisasını almaq.

Füzuli rayonunun Seyidəhmədli kəndinin azad edilməsi üçün gedən döyüşlərə qatılan Məzdək Eyvazlı son döyüşündə qəhrəmancasına şəhid olub.

Şəhidin anası Gülnarə Eyvazova deyir ki, 26 fevralda anadan olan Məzdək hələ uşaqlıqdan Xocalı soyqırımını biləndən sonra doğum gününü heç vaxt qeyd etməyib. Cəbhəyə gedəndə isə 24 illik hədiyyəsini almış uşaq kimi sevincli olub.

Şəhid Məzdək Eyvazlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

1news.az

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər