Azərbaycanda 5 gün tətil olacaq - TƏQVİM | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 5 gün tətil olacaq - TƏQVİM

11:15 - 28 / 12 / 2020
Azərbaycanda 5 gün tətil olacaq - TƏQVİM

Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 gün iş olmayacaq.

1news.az bildirir ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramıdır.

Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Həmçinin yanvarın 3-ü isə bazar günüdür.

Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanda 5 gün - 2020-ci ilin dekabrın 31-i, 2021-ci ilin yanvarın 1-i, 2-si, 3-ü və 4-ü qeyri-iş günləridir.

1news.az

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər