“Delta Qrup C.O.” MMC-nin korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi tədbirlər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Delta Qrup C.O.” MMC-nin korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi tədbirlər – FOTO

11:50 - 28 / 12 / 2020
“Delta Qrup C.O.” MMC-nin korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi tədbirlər – FOTO

2020-ci ildə pandemiya səbəbindən dünya iqtisadiyyatının yaşadığı şok, üzləşdiyi çətinlik şərəfli Vətən Müharibəsində şanlı tarix yazan ölkəmizdən də yan keçməmişdir. Ölkənin aparıcı şirkəti olan “Delta Qrup C.O.” MMC hər zaman olduğu kimi 2020 -ci ildə də korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi tədbirlər ilə ölkə vətandaşlarının yanında oldu və dəstəyini əsirgəmədi.

İlin FMCG şirkəti seçilən “Delta Qrup C.O.” MMC səhmdarlarının təşəbbüsü ilə şirkət tərəfindən istehsal olunan və distribyutorluğu ilə məşğul olduğu tanınmış məhsullardan ibarət ərzaq, təmizlik vasitələrinin daxil edildiyi bağlamaları pandemiya dönəmində növbəti dəfə  ölkəmizin 30 rayon və şəhərində 1500 - dən çox aztəminatlı ailəyə təqdim etdi.

Pandemiya dönəmində 40 gün ərzində Sumqayıt şəhəri ərazisində 1200 aztəminatlı ailəyə “Çörəkçi” zavodunun istehsalı olan çörək məhsullarının təmənnasız təqdim edilməsi, Vətən müharibəsi dövründə əsgər ailələrinə ərzaq bağlamaları, o cümlədən rəşadətli ordumuza B!smak markasının şirniyyat məhsullarının təminatını etməklə daim xalqımızın yanında olduq.

“Delta Qrup C.O.” MMC bu kimi silsilə tədbirlərin həyata keçiriləməsi yönündə davamlı işlər aparacaqdır.

Reklam hüququnda

 

 

 

Paylaş:
817

Son xəbərlər

Bütün xəbərlər