Zərdabda qanunsuz ov edən 6 nəfər saxlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Zərdabda qanunsuz ov edən 6 nəfər saxlandı

13:02 - 30 / 12 / 2020
Zərdabda qanunsuz ov edən 6 nəfər saxlandı

Polis əməkdaşları tərəfindən respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, dekabrın 27-də Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun İsaqbağı kəndi ərazisində qanunsuz ov edən 6 nəfər saxlanılıb. Onlardan 4 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər