Bakıda restoranda baş verən yanğın söndürülüb – FOTO – VİDEO – YENİLƏNİB

Bakı şəhərinin Nərimanov rayonunda restoran və müxtəlif təyinatlı ticarət obyektlərinin yerləşdiyi ikimərtəbəli binanın ikinci mərtəbəsinin (1250 m² sahədə restoran yerləşir) yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.
1news.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
15.34
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
S.Xankişiyeva