Daha 9 koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 9 koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb

11:09 - 02 / 01 / 2021
Daha 9 koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən yanvarın 1-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Onlardan 8-i yaşadıqları evə, sağlamlıq vəziyyəti daha ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

S.Xankişiyeva

 

 

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər