Nəsimidə kişi əvvəl qadını, sonra isə özünü bıçaqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəsimidə kişi əvvəl qadını, sonra isə özünü bıçaqladı

11:10 - 03 / 01 / 2021
Nəsimidə kişi əvvəl qadını, sonra isə özünü bıçaqladı

Yanvarın 2-də, saat 03 radələrində Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Süleymanova Fidan Vaqif qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Nəsimi rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, Türkiyə Respublikasının vətəndaşı 1972-ci il təvəllüdlü Ucrak Abdulhalim Sadik oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fidan Süleymanovaya xəsarətlər yetirərək öldürməyə cəhd etməsindən sonra özünə də bir neçə bıçaq xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

Hər iki şəxs xəstəxanaya yerləşdirilərək stasionar qaydada müalicə olunurlar. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qafar Ağayev 

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər