Rusiya mütəxəssisləri Ağdamın minalardan təmizlənməsinə başlayıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya mütəxəssisləri Ağdamın minalardan təmizlənməsinə başlayıb - VİDEO

14:56 - 07 / 01 / 2021
Rusiya mütəxəssisləri Ağdamın minalardan təmizlənməsinə başlayıb - VİDEO

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin nümayəndələri yanvarın 6-dan etibarən işğaldan azad olunan Azərbaycan ərazilərinin minalardan, partlamamış döyüş sursatlarından, eləcə də partlayış təhlükəli əşyalardan təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatlarına başlayıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunun bu gün Ağdam rayonunda keçirilən mətbuat konfransında Fövqəladə Hallar nazirliyinin əməkdaşı Ramil Hüseynov deyib.

O bildirib ki, əməliyyatlara Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri də cəlb edilib: "Bu işlərlə yanaşı, razılaşdırılmış və təsdiqlənmiş tədris və təlim proqramına uyğun olaraq rusiyalı mütəxəssislərlə birlikdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin təlim və tədris kursları da davam edir. Təlim-tədris kursları nəzəri və praktiki həyata keçirilir".

1news.az

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər